28 
Apr
2024
19:00
140
162
1181
yuxarı
Azərbaycan Ukraynada daha dörd mülki obyekti bərpa edəcək
28 Apr, 2024
19:00
1181
140
162
Azərbaycan Ukraynada daha dörd mülki obyekti bərpa edəcək
“Ukraynanın İrpen şəhərində dağılmış daha dörd mülki obyekt Azərbaycan tərəfindən bərpa ediləcək”.
Bunu “Report”a açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib.
“Bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbaycan humanist missiyasını davam etdirərək İrpendə dağılmış daha dörd obyektin yenidən tikintisini həyata keçirəcək. Biz Azərbaycana müharibədən əziyyət çəkən şəhərimizə davam etdirdiyi humanitar yardımına görə dərin minnətdarıq”, - deyə mer əlavə edib.
Qeyd edək ki, Azərbaycan buna qədər İrpendə humanitar yardım çərçivəsində akademik Zərifə Əliyeva adına orta ümumtəhsil liseyini və şəhərdə iri xəstəxananı əsaslı təmir edib.
Bizimlə əlaqə saxlayın
Digər Siyasət xəbərləri
12 
May
2024
20:00
Ermənistanın bir addımlığında: Əlibəyli kəndindən maraqlı GÖRÜNTÜLƏR - VİDEO
105
13
2281
12 
May
2024
16:48
Azərbaycan XİN Əfqanıstana və Braziliyaya başsağlığı ünvanlayıb - FOTO/VİDEO
84
9
1032